123-ABC
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

123-ABC

Axtardığınız hər şey burada!!!!
 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Quba şəhəri

Aşağa gitmek 
MüəllifIsmarıc
optimus
Generalissimus
Generalissimus
optimus


İsmarıc sayı : 24
Points : 50500
Reputation : 0
Join date : 19/05/09
Age : 34
Şəhər/ölkə : Baku

Quba şəhəri Empty
Yeni mövzuMövzu: Quba şəhəri   Quba şəhəri I_icon_minitime20/5/2009, 22:53

Quba - Azərbaycanda rayon. Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir. Rayon ərazisində 16 tibb müəssəsi, 194 mədəniyyət ocağı fəaliyyət göstərir.


Əhalinin etnik tərkibi

1999 - cu ilin 27 yanvar - 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Quba rayonunda 136,845 nəfər (88,06%-i azərbaycanlı , 6,8%-i ləzgi , 2,06%-i yəhudi , 1,91%-i mesxeti türkü , 0,8%-i tat , 0,23%-i rus , 0,14%-i digər millətlər olmaq üzrə) əhali yaşayır[1] .


Tarixi

Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim Alban və Ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Belə ki, Peyğəmbərimizin Məkkə şəhəri ətrafında tikdiyi ilk məscidin adı Quba adlanır. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da vardır, XVI-cı əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir. Quba şəhərinin ilk təməl daşı XIV-cü əsrdə qoyulmuşdur. XVIII-ci əsrin ortalarında Quba xanlığı yaradılmış, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olmuşdur. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi artmışdır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirildi və əyalətə çevrildi. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edildi. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrildi.



İqtisadiyyat

Kənd təsərrüfatı rayonudur.Meyvəçilik və heyvandarlıq inkişaf etdirilmişdir.Sənaye müəssisələrindən mikroelektrik mühərrikləri zavodu, konserv, yağ-pendir, kərpic, asfalt-beton zavodları, istehsalat kombinatı, xalça fabrikləri, meşə təsərrüfatı vardır.

Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri

Qubada 18 məktəbəqədər uşaq müəssiəsi, 140 ümumtəhsil məktəbi, xalq teatrı, muzey, 12 mədəniyyət evi, 104 kitabxana, 80 klub, 34 kinoqurğu fəaliyyət göstərir.

Memarlıq Abidələri

Me'marlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və Tarixi məscid vardır.


Media

Quba rayonunda 2 özəl teleşirkət "Qütb" və "Xəyal", eləcə də müstəqil "Şəfəq", "Birlik" qəzetləri fəaliyyət göstərir. Həmçinin Quba şəhərində rəsmi dövlət qəzeti olan Milli Məclisin orqanı "Azərbaycan" və Türkiyə" Azərbaycan qəzeti olan "Zaman" qəzetinin müxbir postu yerləşir.
Quba şəhəri Gf-af-quba-soyqirim
Ermənilərin törədiyi Qubada Soyqırım
Quba şəhəri Qubadagezintiyerleriap5
Quba
Əvvələ qayıt Aşağa gitmek
http://123-abc.clan.su
 
Quba şəhəri
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Şəki şəhəri haqqında

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
123-ABC :: Azərbaycanımız :: Bölgələr-
Keç: